Əsgər valideynləri üçün xoş sürpriz

29 Dekabr, 2018 14:40 | Siyasət | Baxış sayı: 139
Milli Qəhrəman Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarının ziyarəti
Milli Qəhrəman Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarının ziyarəti

Müdafiə naziri əmr verdi

Övladları Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsində qulluq edən valideynlər  bu gün sürpriz yaşayıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə nazirliyin bütün hərbi hissələrində keçirilən  "Açıq qapı"günündən onlar da yararlanıb.

Burada qulluq edən gənc əsgərlər Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə öz doğma və əzizləri, yaxınları ilə görüşmək şansı əldə ediblər. Valideynlər və əsgər yaxınları hərbi hissədə keçirilən görüşdə şəxsi heyətə yaradılan yataq, məişət, istirahət, qulluq şəraitləri ilə yaxından tanış olub, otaqlara baxış keçiriblər.

Tədbir iştirakçıları, hərbi hissənin şəxsi heyəti, valideynlər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Burada anım mərasimi keçirilib. Bildirilib ki, 2 il əvvəl - 2016-cı il 29 dekabrda düşmənlə təkbətək döyüşdə qəhrəməncasına həlak olub.    

Maraqlı görüş saatını rəngarəng bayram konserti və birgə nahar əvəz edib. Valideyn və əsgərlər yaradılan şəraitə görə müdafiə naziri Zakir Həsənova və Ali Baş Komandan İlham Əliyevə mibnətdarlıq ediblər. Bildirilib ki, Azərbaycanda ordu quruculuğu sahəsində görülən bütün işlər prezident İlham Əliyevin birbaşa göstəriş və tapşırığına əsasən həyata keçirilir.

O da qeyd eolunub ki,əsgər həyatı yaşayan gənc öz doğmasını yanında görəndə qulluq etmək həvəsi daha da artır. Valideynlərsə öz övladlarından rahat olurlar.

Növbəti" Açıq qapı "günü Novruz bayramı ərəfəsində baş tutacaq.

Milli Qəhrəman Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarının ziyarəti
Milli Qəhrəman Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarının ziyarəti