Ancelina Coli ABŞ prezidenti olmaq istəyir

29 Dekabr, 2018 09:46 | Siyasət | Baxış sayı: 106
Ancelina Coli
Ancelina Coli

43 yaşlı aktrisa “BBC Today” verilişinə qonaq olги

Amerikalı aktrisa Ancelina Coli gələcəkdə siyasətə qoşula biləcəyini açıqlayıb.

İstiPress-in məlumatına görə, “BBC Today” verilişinə qonaq olan 43 yaşlı aktrisa bir gün ABŞ prezidenti olmaq barədə düşünüb-düşünməyəcəyi sualına belə cavab verib:

“Bunu 20 il öncə soruşsaydılar gülərdim. Amma indi mənə harada ehtiyac duyularsa oraya da gedərəm”.

Coli verilişdə sosial media, cinsi təcavüz və qlobal miqrant böhranı mövzuları haqqında da fikir bildirib.