Türkiyə Rusiya ilə razılaşdı - S-400 alınır

29 Dekabr, 2017 15:00 | Siyasət | Baxış sayı: 84
S-400 raketinin sınağı
S-400 raketinin sınağı

Müqavilə Ankarada imzalandı

ABŞ, NATO-nun bütün etirazlarına baxmayaraq Türkiyə Rusiya ilə razılaşdı. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, iki ölkə arasında S-400-lə bağlı müqavilə imzalanıb. İmzalanma mərasimi Ankarada baş tutub.

Bununla da Türkiyə Rusiyanın ən modern silahı hesab edilən S-400 zenit-raket sisteminə malik ilk NATO ölkəsi olub. 

Müqavilə şərtlərinə görə, Türkiyəyə 2 sistem və 4 batareya gətiriləcək. Bunun müqabilində isə 2,5 milyard dollar ödəniş ediləcək. 

Sistemin çatdırılmasına 2019-cu ilin sonundan başlanılacaq. 

Xatırladaq ki, ABŞ və NATO dəfələrlə Türkiyənin adıçəkilən kompleksi almasına etiraz edib. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib ki, Türkiyənin bu qərarı problemlidir. 

NATO isə Rusiyadan S-400 zenit-raket kompleksi alan Türkiyəni hətta hədələyib. Alyansın hərbi komitəsinin rəhbəri Petr Pavel Rusiya ilə razılaşmanın mümkün nəticələrinin ola biləcəyini deyib. "Əlbətdə ki, hərbi texnikanın alışında suverenlik prinsipi əsasdır. Ancaq ölkələr qərar verdiklərində olduqları kimi, bu qərarın nəticələri ilə qarşılaşdıqda da suveren olmalıdırlar".

Türkiyə isə dəfələrlə ölkəsinin müdafiəsinin təşkilininin daxili işləri olduğunu bəyan edib.