Gələn il dünya əhalisi nə qədər olacaq?

29 Dekabr, 2017 08:53 | Siyasət | Baxış sayı: 147
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

Amerikalı alimlər proqnozlarını elan etdilər

2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayı 7 444 443 881 (7 milyard 444 milyon 443 min 881) nəfərə çatacaй. ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri öz proqnozlarını açıqlayıblar. Bu isə 2017-ci ilin 1 yanvarı ilə müqayisədə 78,5 milyon çoxdur. 

Onların sözlərinə görə, yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək. Lakin 1,8 nəfər öləcək.

2050-ci ildə isə əhalinin 9 mlrd. nəfər təşkil edəcəyi gözlənilir. 

Dünyada ən çox əhaliyə malik olan Çinin hesablamalarına görə, növbəti 3 il ərzində ölkə əhalisi 20 milyon nəfər artaraq 2020-ci ildə 1,42 milyard nəfərə çatacaq.

Əhalisinin sayına görə dünyada ikinci yeri Hindistan (təqribən 1,35 mlrd. nəfər), üçüncü yeri ABŞ (326,6 mln) tutur.

Xatırladaq ki, hələ XI əsrdə dünya əhalisinin sayı 310 milyon hesablanırdı. 1900-cu ildə isə bu rəqəm 1,6 milyarda çatıb. 99 il ərzində əhali sayı sürətlə artaraq 6 milyarda çata bildi. 7 milyard həddi isə 2011-ci ildə açılıb.