Ermənistan müharibəyə hazırlaşır

29 Dekabr, 2017 12:05 | Siyasət | Baxış sayı: 436
Müharibə
Müharibə

Aprelə az qalıb...

"Bizim ordumuzda kadr dəyişikliyi sahəsində ciddi adımlar atılır". Bu barədə jurnalistlərə parlament sədrinin müşaviri Mkrtiç Minosyan deyib.

Onun sözlərinə görə, bu təhlükəsizlik sisteminin effektiv təsiri, istənilən təhlükənin qarşısını almaq üçün edilir. Minosyan ötən ilin aprel ayaındakı cəbhədəki uğursuzluqlarını da etiraf etməli olub. "Hahamımız aprel döyüşlərindən nəticə çıxarmalıyıq. Bu haqda unutmalı deyilik. Xüsusilə indi. Burnumuzun dibindəki qonşularımız hər an hərbi əməliyyatları təkrar edə bilərlər”.   

Xatırladaq ki, aprel savaşları zamanı ermənilər həm canlı qüvvə, həm də hərbi texnika saraıdan böyük itki veriblər. Azərbaycan Silahlı Qüvvələri isə işğaldan olan torpaqların bir hissəsini azad edib.

Minoyan jurnalistlər qarşısında öyünməkdən də çəkinməyib. O, deyib ki, Ermənistan tərəfi yeni texnikadan istifadə edəcək. Bu isə Bakıdan ola biləcək istənilən təhlükənin qarşısını ala bilər.

Qeyd eədk ki, bənzər vədləri Ermənistan rəhbərliyində olan şəxslər hələ 2016-cı ilin aprel ayından çox öncələr də verirdilər. Ermənilərin müdafiə xəttini yaran Azərbayacan Ordusu ancaq ATƏT, Rusiyanın, bir çox başqa ölkələrin xahişi ilə dayandırıldı. Ona görə yeni ildə hər şey ol bilər. Aprelə çox az qalıb.