Azərbaycanda yeni xəbər kanalı açılır

29 Dekabr, 2017 08:45 | Siyasət | Baxış sayı: 317
Telekanal
Telekanal

MTRŞ keçirdiyi müsabiqənin nəticəsini açıqladı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan İstiPress-ə verilən məlumata görə, ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni  ümumrespublika televiziya yayım kanalının açılması üçün müsabiqənin qalibi elan edib. Kanala ümumrespublika televiziya  yayımı üçün müddətsiz lisenziya verilib.

Xatırladaq ki, bir müddət öncəyə kimi informasiya sahəsindəki lider ANS idi. Onun yayımı isə terrorçuluqla əlaqə kimi uydurma ittihamlarla dayandırılıb. 25 il ərzində ANS fəaliyyəti ilə Azərbaycan xalqının rəğbətini qazana bilib. Telekanal dəfələrlə öz fəaliyyətinə görə Azərbaycanın yeni tarixinin banisi, ümummilli lider Heydər Əliyev və hazırki prezident İlham Əliyev tərəfindən təqdir edilib. Bunun üçün də ANS inanır ki, gec və ya tez onun yayım hüququ bərpa ediləcək. Bu isə bütün tamaşaçılar üçün böyük bayram olacaq.

Əsrin ¼ göstərdi ki, yaradıcılıq telekanal üçün hər zaman əsas prinsip olub. Prezident, xalq, Azərbaycan... Qarabağ müharibəsi, ölkə tarixindəki başqa önəmli hadisələr bir daha göstərdi ki, ANS-in yolu düzgündür.