Müdafiə Nazirliyi: Erməni kəşfiyyatçıları ilə döyüşdə 1 hərbçimiz itkin düşüb

29 Dekabr, 2016 14:32 | Siyasət | Baxış sayı: 2221
Cəbhə xətti
Cəbhə xətti

MN düşmən tərəfin canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edildiyini açıqlayıb

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.