1 milyardlıq azadlıq

29 Noyabr, 2017 14:20 | Siyasət | Baxış sayı: 160
Şahzadə
Şahzadə

Şahzadə azad olmaq üçün sərvət verdi

Səudiyyə Ərəbistanında həyata keçirilən böyük korrupsiya əməliyyatı nəticəsində tutulan şahzadələrdən biri azadlığına qovuşub. Bunun üçün o sərbvətinin böyük hissəsindən keçməli olub. İstiPress-in məlumatına görə, şahzadə, nazir Miteb bin Abdullah həbsdən azad edilib. 

İddiaya görə, o azadlığı üçün hökumətlə 1 milyard dollar dəyərində razılaşma imzalamalı olub. 

Nazir olan Mutaib bin Abdullah siyasi nüfuzu ən yüksək olan ailənin üzvi olub. O, keçmiş kral Abdullah bin Əbdüləziz əl-Suudun oğludur. 64 yaşlı şahzadə nazir postunu tuturdu. 

Kişilərdən sonra ölkədə qadın şahzadələrin də həbsi başlayıb.  Onların arasında əvvəlki kral Abdullah bin Əbdüləzizin qızları da var. Qadınlar üçün başqa otel ayrılıb. Burada onların xəstələnəndə belə çölə çıxmamaları üçün şərait yaradılıb. 

Xatırladaq ki, Korrupsiya ilə Mübarizə Komitəsi noyabrın 3-də qurulub. Bir gün sonra isə 200-dən artıq şahzadə, iş adamı və milyonçu həbs edilib. Onlar paytaxtdakı ən lüks otellərdən birində saxlanılırlar.

Komitənin və əməliyyataın rəhbəri isə kralın oğlu Məhəmməd bin Salmandır. O, "New York Times"a verdiyi açıqlamasında ölkəsini yaxşıya doğru dəyişmək niyyətində olduğunu demişdi. "Ölkəmiz 80-cı illərdən bu yana korrupsiyadan çox ziyan çəkib. Ağlımdakı işləri görmədən öləcəyimdən qorxuram. Həyat çox qısadır, hər şey ola bilər. Hər şeyi öz gözlərimlə görmək istəyirəm. Bunun üçün də cəld iş görürəm".