Ermənilər Tərtərə qadağan olunmuş raket atıb

29 Oktyabr, 2020 13:58 | Siyasət | Baxış sayı: 30

"Bu gün saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu ərazisinə qadağan olunmuş 2 raket atılıb".

İstiPress-ə b0unu cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, düşmənin atdığı raketlər rayonun Səhləbat, Əskipara və Ələsgərli kəndləri istiqamətində partlayıb: "Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə və təssərüfata ziyan dəyib".