Dövlət rəsmiləri və diplomatlar Tərtərdədir

29 Oktyabr, 2020 14:46 | Siyasət | Baxış sayı: 27

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Tərtər şəhərinə səfər ediblər.

İstiPress-in məlumatına görə, onlar Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində raket və ağır artilleriya zərbələri endirdiyi ərazilərə, mülki evlərə baş çəkərək vəziyyətlə yerində tanış olublar.