Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ilini qeyd edir

29 Oktyabr, 2018 13:20 | Siyasət | Baxış sayı: 21
Bayram
Bayram

1922-ci il noyabrın 1-də Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü qeyd olunur. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib. 6 əsr ərzində türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir.

Birinici Dünyda müharibəsində Osmanlı Dövləti məğlubiyyətə uğradıqdan sonra ərazisi işğala məruz qalmışdı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-i il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub. 

1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul idarəsinə keçib.

Cumhuriyyətin elanından sonra ilk prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Dövlət-i Aliyədən (Osmanlı sistemi) yeni siyasi rejimə faktiki keçidini şərtləndirən geniş miqyaslı islahatların banisidir. 

Bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Bu gün dövlət rəsmiləri də daxil olmaqla sadə vətəndaşlar Atatürkün Ankaradakı məzarını - Anıtqəbiri ziyarət edirlər.