Paşinyan Qarabağ təlimatı verən Trampın köməkçisindən incidi

29 Oktyabr, 2018 10:12 | Siyasət | Baxış sayı: 174
Con Bolton
Con Bolton

"Biz ABŞ-dan silah almayacağıq"

ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistana qısa səfəri İrəvan mətbuatının gündəmi olmaqda davam edir. Bu qısa səfər bütün ölkə ictimaiyyətini möhkəm silkələyib. Boltonun İrəvanda olduğu bir neçə saat ərzində ermənilərin müşavirə qarşı xeyli narazılıqları formalaşıb. O, ABŞ-ın Ermənistandakı prioritetləri ilə erməniləri çox təəcübləndirib.

Xatırladaq ki, Bakıda Bolton Azərbaycanı ABŞ-ın strateji partnyor adlandırıb. Amma Ermənistanda buna bənzər açıqlama verməyib. Ermənilərin ən böyük qorxusuna səbəb isə onun Qarabağ probleminin həlli ilə bağlı məsələdə tələsmək və işğal edilən torpaqların qaytarılması barədə açıq təlimatı olub.

Bunu Ara Papyan adlı erməni politoloqu da bildirib. Xatırladaq ki, müşavir bildirib ki, Nikol Paşinyan yeni mandat alan kimi Qarabağla bağlı qəti addımlar atılmalıdır. Politoloq qeyd edib ki, bu Ermənistanın xeyrinə olmayan addım mənasına gəlir.

Səfərdən bir neçə gün keçdikdən sonra baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Boltona cavab vermək qərarına gəlib. “Nə Bolton, nə də başqa biri mənim adımdan danışa bilər”. İncik Paşinyan kiçik açıqlamasının sonunda qlobal həll planlarında istənilən qərarın Azərbaycan xalqı üçün qəbuledilən olmalı olduğunu etiraf etməli olub.

Görünür ki, Paşinyanın komandası Boltondan o qədər çox inciyib ki, ikinci bəyanatı verib. Müdafiə naziri vəzifələrini icra edən David Tonoyan bildirib ki, ölkəsi ABŞ-dan silah almağa hazırlaşmır. Əslində bunu etmək üçün ilk növbədə pul lazımdır. Pul isə Ermənistanda yoxdur. Əvəzində xeyli borc yaranıb.

“Bu çox pisdir” - erməni iqtisadçı mütəxəssislərin hamısı bir ağızdan bildiriblər. Axı qarşıdan qış gəlir. Həm də dekabrda baş tutacaq parlament seçkisi var. Ermənistandakı müxtəlif siyasi qüvvələr isə dəfələrlə gücdən istifadə üsullarına əl atıblar. Məsələn, parlamentdə terror (1999-cu ildə bir neçə deputat güllələnmişdi), polis bölməsinə hücum, qətllər (2016-cı il) və s.

Ən əsası isə odur ki, xalq artıq anlayır ki, bu gün Paşainyan Ermənistanı hər gün artan bütün bəlalardan xilas edə bilməz