Merkeldən 18 il sonra gözlənilməz qərar YENİLƏNİB

29 Oktyabr, 2018 16:50 | Siyasət | Baxış sayı: 163
Angela Merkel
Angela Merkel

Kansler kansler postuna da namizəd olmayacağını açıqladı

Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçirilən seçkilər zamanı kansler postuna namizədliyini irəli sürməyəcək. Bu barədə Merkel özü açıqlama verib. 

"2021-ci il seçkilərində kansler, nə də deputat kimi namizədliyimi irəli sürməyəcəm, eləcə də heç bir siyasi vəzifəyə iddia etməyəcəyəm".

Saat 14:16

Almaniya Kansleri Angela Merkel 18 il sonra qərarını dəyişib. Merkel Xristian Demokrat İttifaqının dekabrda keçiriləcək qurultayında partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bildirib.

"Reuters2in məlumatına görə, o 2000-ci ildən bu yana sahib olduğu sədrlik postundan çəkilir. 

Merkelin bu qərarında Hesse seçkilərindəki pis nticənin də təsiri olub.

Angela Merkelin partiya sədrliyinə namizədliyini irəli sürməməsi həm də onun növbəti parlament seçkilərində iştirak etməməsi deməkdir.