İlham Əliyev Trampa başsağlığı verdi

29 Oktyabr, 2018 12:20 | Siyasət | Baxış sayı: 54
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

"Sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

“Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Xatırladaq ki, sinaqoqda baş verən ataışma nəticəsində 11 nəfər qətlə yetirilib.