Gürcüstanda seçkinin lideri bilindi

29 Oktyabr, 2018 11:53 | Siyasət | Baxış sayı: 89
Gürcüstanda seçki
Gürcüstanda seçki

İki namizəd arasında bir faizlik səs fərqi var

Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində artıq blütenlərin 98 faizi hesablanıb. Məlumata görə, müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 38,61% səs toplayıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb. 

"Avropalı Gürcüstan" Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

Bununla da heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.