Baqirinin Azərbaycana səfəri təxirə salındı

29 Oktyabr, 2018 15:47 | Siyasət | Baxış sayı: 73
Məhəmməd Baqiri
Məhəmməd Baqiri

İranın Baş Qərargah rəisinin səfər vaxtı dəyişdi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqirinin Azərbaycana səfəri təxirə salınıb. Buna səbəb onun iş qrafikində baş vermiş dəyişiklikdir. 

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, səfərin yeni tarixi tərəflər arasında razılaşdırıldıqdan sonra elan olunacaq.

Qeyd edək ki, bu gün İran KİV İranın Silahlı Qüvvələri Baş Qərargahının ictimai əlaqələr şöbəsinə istinadla Azərbaycan müdafiə nazirinin rəsmi dəvəti əsasında general Məhəmməd Baqirinin hərbi heyətin müşayiəti ilə Azərbaycana səfər edəcəyini bildiriblər.