Bakı–Quba yolunda qədim şəhər qalıqları tapıldı FOTO

29 Oktyabr, 2018 14:32 | Siyasət | Baxış sayı: 224
Şabranta tapılan qalıqlar
Şabranta tapılan qalıqlar

Tapıntılar arasında təndir, yol, anbar, pullar, üzük, küplər və başqa əşyalar da olub

Şabranda qədim şəhərin tarixinə aid qiymətli bəzək və məişət əşyaları, 6 yerdə qədim şəhərin qalıqları aşkar edilib. İstiPress-in Şimal bürosunun məlumatına görə, qalıqlar Bakı-Quba-Rusiya sərhədi yolunun Şahnəzərli kəndinin - qədim Şabran şəhərinin ərazisindən keçən hissəsində tapılıb.

Dərhal Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu məlumatlandırılıb. Arxeoloq alim Səfər Aşurovun rəhbərliyi altında ekspedisiya qrupu ərazidə arxeoloji araşdırmaya başlayıb.

Mədəniyət Nazirliyinin Şabran şəhəri tarixi qoruğunun direktoru Məmmədmusa Məmmədov İstiPress-in şimal burosuna bildirib ki, yol çəkilişindən sonra aparılan arxeoloji qazıntı zamanı 6 yerdə qədim şəhərin qalıqları, təndir, yol, ərzaq saxlamaq üçün anbar, o cümlədən firuzə qaşlı tuncdan hazırlanmış üzük, xəncər, 1 gümüş pul, 1 neçə mis pul, 3 ədəd saxsı kasa, küp və küpələr də maddi sənət nümunəsi aşkarlanıb. 

Tapılan əşya və tikililərin XI əsrə aid olduğu güman edilir. Hazırda bununla bağlı elmi araşdırmalar davam edir.