Qarabağa görə erməni oyuncağına çevrilmiş rus KİV-i

29 Sentyabr, 2020 11:24 | Siyasət | Baxış sayı: 256
Atəşkəsin pozulması nəticəsində ziyan dəymiş yaşayış evi (arxiv)
Atəşkəsin pozulması nəticəsində ziyan dəymiş yaşayış evi (arxiv)

Bu gün BMT Təhlükəsiz Şurasında (TŞ) qapalı iclasda Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək. Yada salaq BMT rəşbəri Antoniu Quterriş Azərbaycan Prezidenti İlham Əliyevə də məsələ ilə bağlı zəng edib.

Bununla yanaşı, bir sıra Rusiya KİV-ləri erməni lobbisinin göstərişi ilə dezinormasiya yayırlar. RBK telekanalı iddia edir ki, Dağlıq Qarabağda müharibə Ərdoğana görə başlayıb. Guya Ərdoğan istəyir ki, Moskvanın Cənubi Qafqaza təsiri azalsın.

Özü də, Ermənistanın Moskvadakı səfirindən müsahibə götürüblər və o, iddia edir ki, Türkiyə günahkardır. Səfir Vardan Toqoyan səbəb kimi  onu göstərir ki, nə var, nə var, Türkiyənin heç bir rəsmi şəxsi müharibənin dayandırılmasını istəməyib.

RBK və bir sıra başqa KİV-lər unudur ki, Ermənistan ordusu Dağlıq Qarabağı və 7 rayonu işğal edib, 1 milyon insanı evindən çıxararaq  məcburi köçkün edi. Ermənistan tərəfi elə BMT TŞ-in 4 qətnaməsini yerinə yetirmir.