MDB liderlərinin iclasında Paşinyan "iqnor" edildi

29 Sentyabr, 2018 09:44 | Siyasət | Baxış sayı: 229
Nikol Paşinyan
Nikol Paşinyan

Putin erməni nazirlə İrəvan səfəri barədə heç nə daşınmayıb

Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına qatılanlar Ermənistanın baş naziri Nikol Paşinyanı saymadılar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putinin Paşinyanla qısa söhbəti olub. O, qeyd edib ki, Rusiyanın dövlət başçısı baş nazirlə özünün İrəvan səfərinin perespektivlərini müzakirə etməyib.

Bundan öncə Putinin Ermənistana səfərinin bu il baş tutmayacağı bilinmişdi. Bu əlbətdə ki, İrəvanda dərin təəssüf hissi yaratdı. Ələxsusda sentyabrın 27-də onun Azərbaycan səfərini nəzərə alanda. Putinin balans üçün Ermənistana da səfər edəcəyini gözləyirdilər. 

Bu günlərdə Azərbaycana “Polonez” raket sisteminin növbəti partiyasını göndərən Belarus prezidenti adıçəkilən sammitdə bildirib ki, Qarabağ münaqişəsi kor düyündür və onu kəsmək lazımdır. 

Düşənbədən İrəvana qayıdan Paşinyanın özü isə bildirib ki, inqilabi keçid dövründən sonra erməni-rus münasibətlərini bitmiş hesab etmək olar. Amma bunun nə mənaya gəldiyini açıqlamayıb. 

Xatırladaq ki, sentyabrın 8-də Moskavada Putinlə görüşdən sonra erməni nazir iki ölkə arasındakı münasibətlərin olduqca yüksək səviyyədə olduğunu bildirirdi. Məhz bu sözlərdən sonra Moskva öz liderinin Ermənistan səfəri qeyri-müəyyən vaxta keçirdi.