İlham Əliyevlə Paşinyan arasında qısa söhbət VIDEO

29 Sentyabr, 2018 08:54 | Siyasət | Baxış sayı: 345
Düşənbə sammiti
Düşənbə sammiti

Azərbaycan prezidenti erməni nazirlə MDB Dövlət Başçıları Şurasının iclasında bir araya gəlib

Ötən gün Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Görüşdə iştirak edən dövlət başçılarının birgə fotoları çəkilib.

Daha sonra Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda sənədlər imzalanıb.

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.