Bakıda Qarabağ mitinqi keçirilib

29 Sentyabr, 2018 15:47 | Siyasət | Baxış sayı: 264
Bakıda mitinq
Bakıda mitinq

Mitinqdə "Ya Qarabağ, ya ölüm", "Qarabağa azadlıq" şüarları səsləndirilir

Bakıda "Məhsul" stadionunda bəzi siyasi qruplar və keçmiş döyüşçülər tərəfindən təşkil olunan Qarabağ mitinqi başlayıb. Mitinq Qarabağ Azadlıq Təşkilatının, keçmiş deputat və baş nazir Pənah Hüseynin və digərlərinin təşəbbüsü ilə təşkil olunub. 

Bakı şəhər İcra Hakimiyyəti mitinqin “Məhsul” stadionunda keçirilməsini sanksiyalaşdırıb və polis təşkilatçılara xəbərdarlıq edib ki, aksiyada “mövzudan kənar” şüarlar səsləndirilməməlidir.

Mirmahmud Fəttayev, Akif Nağı, Qarabağ qazisi Firudin Məmmədov artıq tribunada yerlərini tutublar. "Ya Qarabağ, ya ölüm", "Qarabağa azadlıq" şüarları səsləndirilib. Mitinq dövlət himni ilə açıq elan edilib. Mitinqə türk tələbələr də qatılıblar. 

Qarabağ şəhidlərinin ruhuna fatihə oxuyub. Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı nə qərar verməsindən asılı olmayaraq arxasında olacağıq. "Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təşkilatlardır. "Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!"./virtualaz.org/