Sevənləri Milli Qəhrəman Çingiz Mustafayevi ziyarət etdilər

29 Avqust, 2020 16:07 | Siyasət | Baxış sayı: 221
Milli Qəhrəman Çingiz Mustafayevin məzarı
Milli Qəhrəman Çingiz Mustafayevin məzarı

Pandemiya ilə bağlı bu gün Bakıda ictimai nəqliyyatın dayanmasına baxmayaraq sevənləri Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasının 60 illiyini Şəhidlər Xiyabanındakaı məzarına baş çəkməklə qeyd etdilər. Öz həyatını Qarabağda Azərbaycan torpaqlarının işğaldan azad olumasını uğrunda qurban vermiş Milli Qəhrəmanın məzarının üzərinə əklillər qoyuldu, dualar oxundu.

Çingiz Mustafayevin qardaşları - Vahid Mustafayev və Seyfulla Mustafayev, keçmiş döyüş yoldaşları, yaxınları və doğmaları, Azərbaycan ictimaiyyətinin təmsilçiləri məzar başında dayanaraq Milli Qəhrəmanın xatirəsini yad etdilər. 

Azərbaycanın əməkdar jurnalisti, 82 yaşlı  Mais Məmmədov da bu gün məzarın başında idi. Başqa cür ola bilməzdi. Axı Çingiz Mustafayev 1992-ci ildə Xocalı faciəsini göz yaşları içində öz kamerasının yaddaşına köçürəndə Mais müəllim də onun yanında idi. Sonradan məhz Çingiz Mustafayevin çəkdiyi  film dünyanın ən məşhur telekanallarında göstərilərək erməni faşizminin qanlı terroru barədə gerçəkliləri hər kəsə çatdırdı.

Milli Qəhrəmanın qardaşı qızı 10 yaşlı Mina əmisinin məzarının üstünə onun 60 illiyi ilə bağlı çəkdiyi rəsmi qoydu. Rəsmin üzərində "Sən mənim ürəyimdəsən" sözləri yazılmışdı.