Türkiyədən ABŞ-ı qorxuya salacaq yeni hərbi alış-veriş

29 Avqust, 2019 11:23 | Siyasət | Baxış sayı: 168
Rusiya və Türkiyə prezidentləri "Su-57" təyyarəsinə baxış keçirib
Rusiya və Türkiyə prezidentləri "Su-57" təyyarəsinə baxış keçirib

Ərdoğan Moskvaya elə-belə getmədiyini bəyan etdi

"Moskavaya boş yerə getmədik. Bir şeyi hər kəs bilməlidir - heç bir zaman özümüzün istiqlaliyyət mübarizəsini kimsənin dodaqlarının arasında qoymarıq". Bunu bir gün öncə Rusiyaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geri qayıdarkən deyib.

O, Moskvadakı sərgidə baxış keçirdiyi "Su-57"nin "F-35"ə alternativ olub-ola bilməyəcəyi barədə suala "niyə olmasın?" deyə cavab da verib. 

Dövlət başçısı hazırda gözləmə mövqeyində olduqlarını deyib. ABŞ-ın son qərarını öyrəndikdən sonra lazımi addımlar atılacaq. "Yəni indi bizim "görəsən bu iş alınmasa necə olacaq?" kimi bir narahatlığımız yoxdur. Təmin edə biləcəyimiz bazarlar çoxdur". 

Ərdoğan səfər zamanı rusiyalı həmkarı Vladimir Putini 17-22 sentyabr tarixlərində Türkiyəyə dəvət etdiyini deyib. 

Xatırladaq ki, Türkiyə Rusiya istehsalı olan "S-400" raket kompleksi almaqla ABŞ və NATO-nun böyük narahatlığına səbəb olub. ABŞ istənilən yolla Türkiyəni bu alış-verişdən çəkindirməyə çalışsa da cəhdləri nəticəsiz qalıb. Rusiyanın ən güclü silahının alınmasına cavab olaraq bəzi sanksiyalar tədbiq edilib. Türkiyə "F-35" qırıcı proqramından çıxarılıb.