Seymur Həzi azadlıqda

29 Avqust, 2019 08:55 | Siyasət | Baxış sayı: 47
Seymur Həzi
Seymur Həzi

AXCP sədrinin müavininin həbs müddəti başa çatıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib. Bu barədə onun qayınatası Tofiq Yaqublu "Facebook" səhifəsində məlumat paylaşıb. 

Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

AXCP Rəyasət Heyətinin üzvü olan Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.