Putinlə görüşdən qayıdan Ərdoğan Trampa zəng etdi

29 Avqust, 2019 09:04 | Siyasət | Baxış sayı: 105
Ərdoğan və Tramp
Ərdoğan və Tramp

İki lider nə haqqında danışıb?

Ötən gün Rusiyadan səfərdən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla danışıb. İki lider arasında telefon danışığı baş tutub. Prezidentlər iki ölkə arasındakı münasibətlərlə yanaşı, Suriyadakı vəziyyəti də müzakirə ediblər. 

Türkiyənin Rabitə Nazirliyinin açıqlamasına görə, Ərdoğan Fransa gerçəkləşdirilən G-7 zirvəsində İranla bağlı atılan addımlardan, ABŞ səfiri David Satterfieldin işə başlamasından duyduğu məmnuniyyəti dilə gətirib. 

Xatırladaq ki, Ərdoğan avqustun 27-də Rusiyaya birgünlük səfər edib. O, həmkarı Vladimir Putinlə görüşüb, Rusiya istehsalı olan yeni hərbi avadanlıqlara baxış keçirib.