Jurnalisti döyən şəxs barədə həbs-qətimkan seçildi

29 Avqust, 2019 16:59 | Siyasət | Baxış sayı: 68
Zülfüqar Xeyirxəbərov
Zülfüqar Xeyirxəbərov

Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub

Jurnalist Zülfiqar Xeyirxəbərovu döyən şəxs həbs edilib.

İstiPress-in məlumatına görə, ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmiş Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Seymur Mustafazadə tərəfindən döyülüb.