Çingiz Mustafayev ilk işlədiyi kollektivdə anılıb - FOTO

29 Avqust, 2019 16:28 | Siyasət | Baxış sayı: 143

Həkimlər Milli Qəhrəmanın Şabran şəhərindəki xatirə lövhəsini ziyarət ediblər

Bu gün 59 yaşı tamam olan məşhur telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev vaxtilə işlədiyi Şabran rayonunda anılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, gənc həkim kimi 1984-cü ildə keçmiş Dəvəçi, indiki Şabran rayonunun gigiyena və epidemiolgiya mərkəzinə təyinat alan Çingizi bu rayonda heç unutmurlar. 

Mərkəzin kollektivi bu gün də ənənəsinə sadiq qalataq Çingiz Mustafayevin Şabran şəhərindəki xatirə lövhəsini ziyarət ediblər. Xatirə kompleksi önünə tər güllər döşənib. Şabran rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Nazim Həmidov gənc həmkarlarına Çingizlə bağlı xatirələrini danışıb. Onun çəkdiyi Xocalı faciəsinin məhz dünya səviyyəsində tanınıb yayıldığını bildirib: "Gənclərimiz sevinməlidir ki,məşhur telejurnalistin həyatının 3 illi bizim kollektivdə keçib.Biz bununla həqiqətən fəxr edirik".

Qeyd edək ki, Şabranda Çingiz Mustafayevin adına küçə də verilib.