Rusiya Türk Şurasına girmək istəyir

29 İyul, 2019 16:18 | Siyasət | Baxış sayı: 735
Moskvada müsəlman türklər bayram manazı qılır
Moskvada müsəlman türklər bayram manazı qılır

Moskvadan hər kəsi heyrətləndirən açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, yəni Türk Şurasına daxil olmaq niyyətində olduğunu bildirib.

İstiPress-in məlumatına görə, bu xəbəri yayan ermənipərəst “Regnum” agentliyi bildirir ki, Rusiya XİN-in həqiqi soyadı Kalantaryan olan erməni əsilli başçısı bu barədə “Klyazmada mənalar ərazisi” forumunda  çıxışı zamanı bildirib.

“Əgər bu təşkilat türkdilli əhalinin dominat olmadığı dövlətləri də qəbul etməyə razılıq verərsə”,- deyə Lavrov fikrini daha da dəqiqləşdirib.

Hazırda Türk Şurasının dörd üzvü var - Azənrbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə. Türk dilinə çox yaxın olan fin-uqor dünyasını təmsil edən, türklərlə ortaq hun keçmişinə malik Macarıstan isə təşkilatın müşahidəçi üzvüdür. “Regnum”un yazdığına görə, cəmi 11 milyon türkdilli vətəndaşı olan Rusiyanın bu təşkilata üzv olmaq niyyəti türkdilli dövlətlərin artan nüfuzu və önəmli coğrafi mövqeyi ilə bağlıdır. Yəni bu ermənipərəst portalın mövqeyidir.

Reallıq isə fərqli ola bilər. Məsələn, Rusiya 4 üzvündən 2-si ilə min kilometrlərlə quru sərhədi malik bu təşkilatın daxilinə girib ordakı inteqrasiya meyllərini öz xeyrinə dəyişməyə çalışa bilər.  Hər halda, tarixdə bunun pis örnəkləri var - 1920 -ci illərdə qədər türklər bütün dünyada eyni əlifba ilə yazıb oxuyurdular, ədəbiyyat dilləri, demək olar ki, eyni idi - bir-birinə çox yaxın olan 4 şivədə idi  - türki-osmani (osmanlı türkcəsi), türki-kazani (köhnə tatarca), türki-türkistani (köhnə özbəkcə) və sadə türk dili, yəni Azərbaycan türkcəsi şivələri vardı və bütün türklər heç bir lüğətə ehğtiyac duymadan bu şivələrdə nəşr olunan qəzetləri oxuyurdular.

1920-ci illərdə Sovet Rusiyası türkologiya ilə özü məşğul olmağa başladı, əvvəl şərqi türküstanlıları özbək, türkmən, qazax və qırğızlara böldülər, yeni dillər icad etdilər. 1926-cı ildə Bakıda keçirilən 1-ci türkoloji qurultaydan sonra türklər əbədi parçalandı, yeni yaradılmış xalqlar üçün latın qrafikası əsasında düzəldilmiş əlifbalar nəticəsində xalqlar birdəfəlik ayrıldılar, zaman keçdikcə bu ayrılıq dərinləşdi və artıq 1980-ci illərdə bir-birlərini anlamaz hala gəldilər.

İndi müstəqillik dövrünlə keçən 25-30 işl ərzində bu uçurumları doldurmaq və türk dünyası daxilində inteqrasiya planları qurulur ki, bəlkə də, Rusiya bu proseslərdən kənarda qalmamaq, əvvəlki kimi pozucu fəaliyyətini davam etdikmək üçün Türk Şurasına daxil olmaq istəyir?

Tofiq Abbasov - politoloq
Tofiq Abbasov - politoloq

İstiPress-in bu barədə suallarına cavab verən politoloq Tofiq Abbasov tamamilə tərsinə düşünür: “Düzdür, Moskvada Solovyov, Baqdasarov kimi Qərbə işləyən sionist-daşnak liberallar yenə də pozuculuq fəaliyyətlərini davam etdirirlər. İstənilən pozuculuq fəaliyyət qərbdən qaynaqlanır, amma Rusiyanın özündən artıq həqiqi rus qüvvələr yaranıb ki, onlar bu pozuculara qarşı mübarizə aparmaq, Rusiyanın türk dünyası ilə münasibətlərini yaxşılaşdırmaq niyyətindədirlər”.

Politoloqun fikrincə, bu gün Türkiyə və Rusiya Qərbin təzyiqləri altında  inteqrasiyaya məcburdurlar və türkdilli xalqlar bundan yalnız  qazana bilərlər: “Lomonosov Universitetində Rusiyanın və slavyan dünyasının həqiqi maraqlarını müdafiə edən alimlər qrupu yaranıb ki, onların Rusiyanın gələcəyini Avrasiya inteqrasiyasında görürlər.  Hər halda, ruslarla türkləri ortaq coğrafiya və ortaq tarixlə yanaşı, gen qohumluğu da birləşdirir”,- deyə Tofiq Abbasov vurğuolayıb.

Əslində, ümumi türk inteqrasiyası və tarixi yanlışların düzəlməsi prosesinə Rusiya türklərinin, xüsusilə də vaxtilə türklərin ən önəmli mədəni mərkəzlərinlən biri olmuş Kazanın qoşulması da çox vacibdir. Yəni türklər ortaq terminologiyanın və ortaq qramatikanın bərpası prosesində Kazan elmi və mədəni mühitinin maraqlarını mütləq nəzərə almalıdırldar və Rusiyanın Türk Şurasına daxil olması bu işdə yardımçı ola bilər.