Paşinyanın Qarabağda yeni ümidi

29 İyul, 2019 11:45 | Siyasət | Baxış sayı: 153
Nikol Paşinyan işğal edilmiş Azərbaycan torpaqlarında
Nikol Paşinyan işğal edilmiş Azərbaycan torpaqlarında

Erməni nazir yeni pullara ümid edir

Ermənistan milli təhlükəsizliyi üçün yeni strategiya hazırlamağa başlayıb. Bu barədə Rusiya mətbuatı yazır. İnqilab hökumətinin səs-küylü bənaytlarına baxmayaraq artıq bəllidir ki, ciddi dəyişiklik baş verməyəcək. ABŞ-la İran arasındakı, Rusiya-Gürcüstan münasibətlərindəki növbəti gərginlik, Türkiyə, Azərbaycanla əlaqələrin olmaması Paşinyanı daxili siyasətdə dəyişiklik etməyə vadar edir. 

Ermənistan milli təhlükəsizlik şurasının baş katibi Armen Qriqoryan bu günlərdə çıxışında xüsusi qeyd edib ki, erməni hökuməti mütləq şəkildə 2016-ci ildə Qarabağdakı hadisələri nəzərə almalı və onların təkrarlanmasına yol verməməlidir.

Ölkənin hazırki rəhbərliyi indi erməni diasporunun resurslarından istifadə etməyə çalışır. Nikol Paşinyan problemi təkbaşına həll etməyin qətiyyətlə əleyhinədir. O, xaricdəki ermənilərin nümayəndələrinin əlaqələri, xüsusi ilə maliyyə vəsaitlərinə ümid edir. Bunu isə baş nazir yeni strategiya adlandırır. Amma hər yenilik köhnənin xatırlanmasıdır. Onun sələfləri də bu kartdan istifadəyə çalışıblar və heç nə alınmayıb.

Paşinyan isə bu arada Ermənistanın xarici siyasətini gücləndirməyə, ilk addım kimi prezident Armen Sarkisyanı siyasi baxışlarına görə özünə yaxın olan Levon Ter Petrosyana dəyişmək istəyir. O, Qarabağ məsələsinin həlini də onun çiyninə qoymaq istəyir. Bu uzanan problemin həlli üçün nəsə verəcəkmi?  Bu isə çox böyük sualdır.