DSX: Düşmən snayperləri təcili yardımı atəşə tutdu - FOTO

29 İyul, 2019 15:28 | Siyasət | Baxış sayı: 152

Hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­ub

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

İstiPress-in məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

İyulun 28-i saat 22:00 radələrində döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­ub. 

Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ mar­kalı avtomobilə dəyib. 

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.