Arzu Əliyeva ANS-in koronavirusla bağlı araşdırmasını paylaşdı - VİDEO

29 İyun, 2020 12:34 | Siyasət | Baxış sayı: 4403
Arzu Əliyeva
Arzu Əliyeva

Tanınmış film prodüseri, Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva dünyada aparılan koronavirus tədqiqatları barədə ANS-in efirində getmiş görüntüləri paylaşıb. 

İstiPress-in məlumatına görə, öz "Facebook" səhifəsində paylaşım edən Arzu Əliyeva yazıb: "Koronavirus elmə çoxdan məlumdur. O səbəbdən 2013-ci ildə ANS TV-də efirə getmiş bu görüntülər koronavirusun digər növünə aiddir. Hazırda dünyanın mübarizə apardığı isə “Covid-19” infeksiyasıdır. Gəlin, özümüzü və ətrafımızdakıları qoruyaq!"