Ermənistan prezidenti Bakıya gələcək?

29 İyun, 2018 10:32 | Siyasət | Baxış sayı: 337
Armen Sarkisyan
Armen Sarkisyan

Bakı paradı Sarkisyanı əl-əyağa salıb

Ermənistanda ötən həftənin əsas gündəmi erməni parlamentinin deputatı Manvel Qriqoryanın həbsi oldu. Bu dələduz və Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısı olan şəxsi yerli mətbuat qısa müddət öncəyə kimi "qəhrəman" adlandırırdı. Bunun üstündən elə də çox zaman keçməyib.

Bu gün isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin generalın evindəki axtarış zamanı çəkilən videoyazılarla silkələnir. Evdən ancaq pul, qiymətli əşyalar yox, həm də erməni ordusunun əsgərləri üçün nəzərdə tutulan qida məhsullarının böyük ehtiyatı da çıxıb. “Qraparaq” yazır ki, güc sturukturu əməkdaşları “qəhrəmanın” evindən qiymətli əşyalar, pul tapacaqlarına əmin idilər, ancaq hərbçilər üçün nəzərdə tutulan yeşiklərlə qida məhsulu, konservlər yox...

Erməni nəşrinin dərc etdiyi məlumata görə, Qriqoryan həbs edilib, həbsxanada isə onu yumşaq desək elə də hörmətlə qarşılamayıblar.

Azərbaycan isə Ordunun 100 illiyinə həsr edilən hərbi paradda ən yeni hərbi texnikanı nümayiş etdirmədi, həm də Azərbaycan əsgərinin qüvvəsini göstərdi. Bu erməni politoloqlarını belə narahat etməyə bilməzdi.

Savaşdan dəm vuran KİV birdən-birə sülhdən danışmağa başlayıb. Bəziləri hətta yazırlar ki, İlham Əliyev Armen Sarkisyanla danışıqlara razılaşa bilər. “Qraparaq” öz mənbələrinə istinadən yazır ki, Əliyev və Sarkisyan guya tanışdırlar, keçmişdə görşüblər. Ola bilsin ki, Moskva bundan istifadə edəcək və görüş təşkil etməyə çalışacaq. Həmsədrlər isə buna çox şad olacaqlar.

Ələxsus indi - baş nazir Nikol Paşinyanla və prezident Armen Sarkisyanın siyasi arenada fikirləri kəsişməyən zamanda. Hətta deyilənlərə görə, Armen Sarkisyanın Bakıya gələcəyi də ehtimal edilir. Yəni o müasir erməni tarixində ilk sülhməramlı olacaq. Ancaq prezident aparatında bu informasiya təkzib edilir. Qəzet isə od olmayan yerdən tüstü çıxmayacağına əmindir.

Başqa bir erməni qəzeti – “Joxovurd” yazır ki, erməni XİN yeni başçısı Zöhrab Mnatsakanyan Paşinyan hakimiyyətinə qarşı sabotaj hazırlığına başlayıb. Bunun arxasında da prezidentin dayandığı ehtimal edilir. Məhz onun səyi ilə Mnatsakanyan nazir olub.

Mübarizə qızışır. Nəyin baş verəcəyini zaman göstərəcək.