Roma Papası Azərbaycan xalqı üçün dualar edir

29 May, 2018 20:48 | Siyasət | Baxış sayı: 112
Roma Papası Fransisk
Roma Papası Fransisk

Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
 
İstiPress-in məlumatına görə, məktubda deyilir:
 
“Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun. Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm”.