İsrail ermənilərin sevincini yarımçıq qoydu

29 May, 2018 09:28 | Siyasət | Baxış sayı: 265
Knesset
Knesset

Qondarma soyqırımı layihəsinin müzakirəsi ləğv edildi

İsrail Knesseti növbəti dəfə ermənilərin arzularını gözlərində qoydu. Qondarma erməni soyqırımı haqqında qanun layihəsi gündəliyikdən çıxarıldı.

İstiPress-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, Türkiyənin ABŞ səfirliyini Qüdsə köçürməsi, Qəzzada baş verən toqquşmalar nəticəsində fələstinlilərin öldürülməsinə verdiyi sərt rekasiyadan sonra İsrail qondarma erməni soyqırımının tanınması məsələsini yenidən gündəmə gətirmişdi. 

Qanun layihəsinin bu gün səsverməyə çıxarılacağı gözlənilirdi. Ölkə mətbuatının yazdığına görə, parlament geri addım atıb və məsələnin müzakirəsi ləğv edilib. 

İddiaya görə, Knesset sözcüsü Yuli Edelstein qondarma soyqırımın qəbulu üçün hazırlanan qanunun parlament tərəfindən yetərli səs toplaya bilib təsdiqlənəcəyindən əmin olmadıqları üçün onu gündəmdən çıxardıqlarını deyib.