Almaniyada azərbaycanlı küçədə bıçaqla arvadına və qızına hücum etdi

29 May, 2018 14:18 | Siyasət | Baxış sayı: 117
Limburq
Limburq

Almaniyanın Limburq şəhərində keçmiş arvadını və 10 yaşlı qızınmı bıçaqlamış 37 yaşlı Azərbaycan vətəndaşının məhkəməsi keçirilir. İstiPress“Neu Presse” nəşrinə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi meydanında baş verib.

Hakim Tomas Bekker oktyabrın 13-də baş vermiş hadisənin hansı qəddarlıqla törədilməsinə təəccübünü gizlədə bilməyib. İstintaq müəyyənləşdirib ki, ər hələ Azərbaycanda olarkən arvadını döyüb incidirmiş 12 il əvvəl onlar Almaniyaya köçüblər və burada qızları anadan olub. Ailə xoşbəxtliyi cəmi 5 il sürüb, bundan sonra ər yenidən arvadını döyməyə başlayıb.

İki il bundan əvvəl qadın uşağı ilə birlikdə evdən gedib. Uşaq atasında hədə-qorxu gəlib ki, onları rahat buraxmasa, gündəlik döyülmələr barədə məktəbdəki psixoloqa məlumat verəcək.

İstintaqın materiallarına görə, kişi arvadını və qızını iki il rahat buraxıb. Lakin sonradan inadla qızını görmək istədiyini bildirib və görüş təyin edib. Həmin o məşum görüş “Bahnhofsplatz” meydanındakı kafelərdən birinə təyin olunub.

Kişi arvadına hədiyyə gətirib və barışıq təklif edib, lakin qadın hədiyyəni və təklifi qəbul etməyib. Bu kişini özündən çıxarıb və o, kafenin mətbəxindən bıçaq götürərək, küçədə arvadı ilə qızına çatıb, onları bıçaqlayıb. Ağır yaralanmalarına baxmayaraq, həkimlər ana ilə qızını xilas edə biliblər.

Yerli xəstəxananın həkiminin sözlərinə görə, yalnız möcüzə nəticəsində bıçaq qadının həyati vacib orqanlarını zədələməyib. Qızın yaraları isə yüngül olub.

Hazırda 37 yaşlı kişi həbs edilib və məhkəmənin qərarını gözləyir.