Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq

29 Mart, 2020 15:05 | Siyasət | Baxış sayı: 173
Milli Məclis
Milli Məclis

İclasın gündəliyinə 16 məsələ daxil edilib

Milli Məclisin sabah - martın 30-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.

İstiPress-in məlumata görə, yaşı 65-dən yuxarı olan deputatlara xüsusi karantin rejiminə əməl etmək və sabahkı iclasa qatılmamaq tövsiyə edilib.

Qeyd edək ki, Milli Məclisin sabahkı iclası saat 11:00-da başlayacaq. İclasın gündəliyinə 16 məsələ daxil edilib.