Tramp şəxsi həkimini nazir təyin etdi

29 Mart, 2018 11:46 | Siyasət | Baxış sayı: 81
Donald Tramp  - ABŞ prezidenti
Donald Tramp - ABŞ prezidenti

ABŞ prezidenti Donald Tramp öz şəxsi həkimi admiral Ronni Ceksonu veteranların işləri üzrə nazir vəzfəsinə təklif edib.

İstiPress-in məlumatına görə, bu barədə Tramp “Twitter” hesabında yazıb: “Mən bildirməyə şadam ki, tibb elmləri doktoru, hörmətli admiral Ronni Ceksonun namizədliyini veteranların işləri üzrə yeni nazir kimi irəli sürmək niyyətindəyəm. Hələlik nazir vəzifəsini icra edən müdafiə nazirliyindən möhtərəm Robert Uilki olacaq. Mən doktor Devid Şulkinə ölkəmizə böyük veteranlarımıza xidmətinə görə minnətdaram”.

Qeyd edək ki, 50 yaşlı Ronni Cekson kiçik Corc Buşun dövründən ABŞ administrasiyasında çalışıb. Hazırda o, bu vəzifədə Devid Şulkini əvəzləyəcək. Ronni Ceksonun namizədliyini Senat təsdiq etməlidir.