Amerika Ermənistana yardımı dayındırdı

29 Mart, 2018 15:32 | Siyasət | Baxış sayı: 241
20 Yanvar faciəsinin 27-ci ildönümü ABŞ Konqresində
20 Yanvar faciəsinin 27-ci ildönümü ABŞ Konqresində

ABŞ prezidenti Donald Tramp Ermənistanda maliyyə yardımını dayandırıb.

İstiPress-in məlumatına görə, bu məsələ Konqress tərəfindən bəyənilmiş və Tramp tərəfindən təsdiq edilmiş büdcə layhəsində öz əksini tapıb. Büdcə layihəsində Ermənistan üçün maliyyə yardımı nəzərdə tutulmayıb.

Halbuki, "verelq.am"ın yazdığına görə, Gürcüstan bu çərçivədə ABŞ-dan 105 mln 325 min dollar, Ukrayna isə 420 milyon 700 min dollar yardım alacaq və Ukraynanın ABŞ-dan alacağı 200 milyon dollarlıq hərbi yardım bura daxil deyil.

2016-cı ildə Ermənistanın ABŞ-dan aldığı yardım $20,4 mln olub, 2017-ci ildə isə bu, artaraq $23 mln-a qalxmışdı. Bu, ermənilərin iştahını bir az da artırmışdı, buna görə də erməni lobbisinin üzvü olan 37 konqerssmen müraciət edərək Ermənistana yardımları 60 milyon dollara qaldırmağa çağırmışdılar - bunun 30 milyon dolları iqtisadi, 30 milyon dolları isə hərbi yardım olmalı idi. Ayrıca ermənilər Yaxın Şərq qaçqınlarının yerləşdirilməsi üçün 20 milyon dollar istəyirdilər. Yəni toplam 80 milyon dollara göz tikmişdilər. Amma Tramp bu, erməni arzularını çin olmağa qoymadı.