Ukrayna Qələbə günündən imtina etdi

29 Fevral, 2020 15:08 | Siyasət | Baxış sayı: 112
9 May - faşizm üzərində Qələbə günü
9 May - faşizm üzərində Qələbə günü

XİN: "Bir-birimizi bağışlamağa hazırıq"

Ukrayna faşizm üzərində qələbə gününü - 9 mayı qeyd etməkdən imtina edib. Bu barədə ölkənin xarici işlər naziri Vadim Pristayko bildirib. 

"Bizim mövqeyimiz indi olduğu kimi qalır: xeyr biz 9 mayı qeyd etməyə hazırlaşmırıq. Biz bütün Avropa qitəsində olduğu kimi 75 il sonra bu faciənin nə üçün baş verdiyini anlamağa və bir-birimizi bağışlamağa hazırıq. Düşünür ki, qələbə də bu istiqamətdə olmalıdır". 

Xatırladaq ki, bu il Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi qeyd ediləcək. Bu münasibətlə Rusiyanın paytaxtı Moskvada Qızıl meydanda hərbi parad keçiriləcək. Paradda Azərbaycan hərbçilərinin də iştirakı nəzərdə tutulub. 15 ölkənin lideri artıq qələbə tədbirində iştirakını təsdiqləyib.