Trampdan "əsrin razılaşması" - dünya yenə ayağa qalxdı

29 Yanvar, 2020 08:50 | Siyasət | Baxış sayı: 214
Donald Tramp və Benyamin Netanyahu
Donald Tramp və Benyamin Netanyahu

ABŞ prezidenti İsrail və Fələstin probleminin həlli üçün qalmaqallı planını açıqlayıb

ABŞ prezidenti Donald Tramp dünyada böyük qalmaqala səbəb olan yeni təkliflə çıxış edib. Söhbət uzun illərdir daavam edən israil və Fələstin arasındakı münaqişədən gedir. "Əsrin razılaşması"da adlandırılan sənəd Ağ evdə Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahunun görüşü zamanı səsləndirilib. ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib. O, bildirib ki, İsrail bu planı təcəssüm edərək fələstinlilərlə "sülhə böyük addım" atır.

ABŞ lideri bildirib ki, "əsrin razılaşması" yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək. "Çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir. Praktik olaraq hamı istəyir ki, bu olsun". ABŞ prezidenti həmçinin əlavə edib ki, ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində "Fələstində işsizlik iki dəfə azalacaq".

ABŞ prezidenti və İsrailin baş naziri
ABŞ prezidenti və İsrailin baş naziri

Ağ evin saytında da dərc edilən plan 180 səhifədən ibarətdir və iki hissəyə bölünüb - iqtisadi və siyasi. İqtisadi aspektlər hələ ötən ilin yayında səslənmişdi, siyasi məqamlar barədə isə indi məlumat paylaşılıb.

Qeyd edək ki, Tramp həmçinin özünün "Twitter"dəki səhifəsində "Əsrin sazişi" çərçivəsində təklif edilən İsrail və Fələstinin yeni sərhədlərinin xəritəsini paylaşıb. 

Dünyanın bu plana münasibəti isə birmənalı olmayıb. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb. "Qüds satılmır. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik. Biz diz çökməyəcəyik və təslim olmayacağıq". 

İsveçin Xarici İşlər naziri Ann Linde ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli üçün təklif etdiyi sülh planının Avropa İttifaqının tələblərinə cavab vermədiyini söyləyib. “ABŞ Prezidenti Donald Trampın təklifi beynəlxalq hüququn tələblərinə cavab vermir. Biz beynəlxalq hüququn və BMT qətnamələrinin tərəfdarı olaraq sülhün davamlı və ədalətli olması üçün həm İsrailin, həm də Fələstinin ehtiyaclarının nəzərə alınmasını istəyirik”.

Türkiyənin də plana cavabı özünü çox gözlətməyib. XİN bu plan ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, ABŞ-ın guya sülh planı adlandırdığı sənəd ölü doğulan tələbdir. "Bu plan iki dövləti həll yollarını öldürməyi və Fələstin torpaqlarının qəsb edilıməsini hədəfləyən işğal sənədidir. Fələstin xalqını və torpaqlarını pulla satın almaq olmaz. 

Qüds qırmızı cizgidir. Qardaş Fələstin xalqının yanında olacağıq. Fələstinin qəbul etmədiyi heç bir planı dəstəkləməyəcəyik. İşğal siyasətinə son qoymadan yaxın Şərqdə sülh olmayacaq".