Quba soyqırımının izlərini öz gözləri ilə görən Avropa təmsilçisi

29 Yanvar, 2020 18:47 | Siyasət | Baxış sayı: 116

Zoltan Hernyes Xatirə kitabına öz ürək sözlərini yazıb

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes Qubada keçirilən seminardan sonra yerli İH-də başçı ilə görüşüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Avropa Şurasının missiyası barədə danışan cənab Hernyesə Quba haqda geniş məlumat verilib. İh başçısı Ziyəddin Əliyev Qubanın bölgədə multikultural rayon kimi tanındığını,burada müxtəlif millət və xalqların mehriban ailə kimi yaşadığını xüsusi olaraq diqqətə çatdırıb.

Sonra ermənilərin 1918-ci ildə Qubada törətdiyi vəhşilik nəticəsində öldürülən dinc insanların uyuduğu Quba Soyqırım Memorial Kompleksində olan Zoltan Hernyes buradakı xatirə abidəsini ziyarət edib, kompleksin Xatirə kitabına öz ürək sözlərini yazıb. Quba İH başçısının müavini Səidə Abasova bu məzarlıqfa müxtəlif millətlərdən olan dinc əhalinin ermənilər tərəfindən amansızlıqla öldürüldüyünü  və məzarlığın 2007-ci ildə təsadüfi qazıntı zamanı aşkar edildiyini deyib.