MSK: Bu seçkilərdə analoqu olmayan hal qeydə alınıb

29 Yanvar, 2020 17:08 | Siyasət | Baxış sayı: 132
Seçki
Seçki

Sədr Məzahir Pənahov danışıb

"Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində analoqu olmayan hal qeydə alınıb".

İstiPress-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyaının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, beynəlxalq müşahidəçilərlə bağlı coğrafi baxımdan analoqu olmayan hal yaşanıb:

“Dünya ölkələrinin böyük əksəriyyəti öz müşahidəçilərini Azərbaycana göndərir”.