Moskva Bakını daha güclü dəstəkləməyi qərara alıb

29 Yanvar, 2020 16:17 | Siyasət | Baxış sayı: 986

“Rusiyaya dostluq əlini uzadan ilk ölkə Azərbaycan oldu”

Rusiya ilə Azərbayjanın münasibətləri strateji müttəfiqlik sayılmasa da strateji tərəfdaşlıqdan çox-çox irəlidir - hər halda, keçmiş metropoliyadır və stilist azərbaycanlını dünyanın digər supergüc mərkəzlərinə baxanda daha çox cəzb edir.

İstiPress-in məlumatına görə, Moskva rəhbərliyi bu əlaqələri daha da gücləndirməyi qərara alıb və bunun anonsunu  Moskva hökumətinin naziri - Rusiya paytaxtının xarici iqtisadi və beynəlxalq münasibətlər idarəsinin rəhbəri Sergey Çeryomin “Vestnik Kavkaza”ya verdiyi müsahibəsində verib.

Çeryomin həm də çətin məqamlarda Azərbayanın Rusiyanı dəstəklədiyini bildirib: "Sanksiyalar elan olunduqda, AB-dən əvvəl satın alınan kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükünü kəskin şəkildə artıraraq dostluq əlini uzadan ilk ölkə Azərbaycan oldu. Bu bizim ortaq həyatımızın yalnız kiçik epizodudur. Bizim mədəniyyətimizi, yaxud tariximizi ayırmaq çətindir. Biz bir ölkə olaraq bütöv bir dövr yaşamışıq, eyni dəyərləri müdafiə etmişik",- deyə Sergey Çeryomin bildirib.

Düzdür, bir ara hər iki tərəfdən münasibətlərin soyuqlaşması müşahidə edilirdi  - 1990-cı illərdə Moskvada hansısa qüvvələr nədənsə Azərbaycanla münasibətləri pisləşdirməkdə maraqlı idi və sektorlar, müəssisələr arasında sovet illərindən mövcud olan iqtisadi əlaqələri məhv etməyə çalışırdılar - bunda da daha çox erməni izi görünürdü.

Dünya güclərini Türkiyə prezidenti Turqut Özalın türk brespublikalarına səfərindən narahat olmuşdular
Dünya güclərini Türkiyə prezidenti Turqut Özalın türk brespublikalarına səfərindən narahat olmuşdular

Amma milli azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin ölümündən qabaq rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyində (BAB) etdiyi son çıxışında bildirdiyinə görə, o vaxt da Rusiyanın vətənpərvər qüvvələri Azərbaycana ən böyük dəstəyi veriblər.  1993-cü ildə Azərbaycan prezidenti kimi Rusiyaya səfər etmiş Əbülfəz Elçibəylə təkbətək söhbət zamanı Rusiya prezidenti Boris Yeltsin ona gizli şəkildə bildirib ki, böyük güclər Türk Dünyasının yaranmasına mane olmaq və Türkiyə ilə Orta Asiya arasındakı körpünü dağıtmaq üçün Azərbaycanı 11 kiçik dövlətə parçalamaq istəyir, lakin yalnız Rusiya buna qarşı çıxır və Azərbaycanın da daxildən buna dəstək verməsi, sepertaçıları məhv etməsi, ölkədə güclü hakimiyyət formalaşdırması lazımdır.

Mərhum Elçibəy əvvəl buna inanmır, lakin sonradan əmin olduqdan sonra Moskvaya inanır, bir ay fikirləşdikdən  ölkəni bu böhrandan yalnız Heydər Əliyevin çıxara biləcəyini anlayır. Zaman göstərdi ki, mərhum Elçibəy yanılmayıbmış.