Erməni biznesmen rus akademiki və arvadını öldürdü

29 Yanvar, 2020 14:34 | Siyasət | Baxış sayı: 140
Andrey Alabuşev
Andrey Alabuşev

Atasını işdən çıxarıbmış

Rusiya Federasiyasının Rostov vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanı qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib.

İstiPress-in "DonDay.ru"ya istinadən verdiyi xəbərə görə, cütlüyü Rostovdan olan 38 yaşlı erməni mənşəli biznesmen Aleksandr Poluyan süngü ilə öldürüb. Alabuşevlər başlarından aldıqları zərbə nəticəsində vəfat ediblər. Daha sonra Poluyan evin ikinci mərtəbəsinə çıxaraq intihar edib. 

Mərkəzi İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko faktı təsdiqləyib.

Cinayətin şəxsi düşmən münasibətləri zəminində törədildiyi ehtimal olunur, mərhum akademik onun atasını işdən çıxarıbmış.

Xatırladaq ki, Andrey Alabuşevlə həyat yoldaşı Olqa Alabuşevanın meyitləri ötən gün Zernoqraddakı mənzillərində aşkarlanıb.