Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

29 Yanvar, 2020 14:59 | Siyasət | Baxış sayı: 27
Cenevre gorusu
Cenevre gorusu

Görüş Cenevrədə keçirilir

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, dünən E.Məmmədyarov da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.