Putindən Moskvaya gedən Paşinyana qəfil zərbə

28 Dekabr, 2018 13:05 | Siyasət | Baxış sayı: 278
Robert Koçaryan-Ermənistanın sabiq prezidenti
Robert Koçaryan-Ermənistanın sabiq prezidenti

Rusiya prezidenti baş nazirin həbsdə olan düşməninə təbrik göndərdi

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı yola salan Rusiya prezidenti Vladimir Putin keçmiş prezident Koçaryana təbrik göndərib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Putin Ermənistanın hazırda həbsdə olan keçmiş prezidentinin yeni ilini təbrik edib. O, keçmiş həmkarına sağlamlıq, səbr arzu edib. 

Xatırladaq ki, ötən gün Nikol Paşinyan Moskvaya səfər edib. O, Rusiyanın paytaxtında prezident Vladimir Putinlə bir araya gəlib. Ermənilər onların görüşündə Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə bağlı razılıq əldə ediləcəyinə ümid etsələr də bu baş verməyib. Məlumata görə, Paşinyan və Putin ikitərəfli münasibətlərdən danışblar. Görüşün detalları açıqlanmayıb. 

Koçaryan dekabrın 7-də həbs edilib. Bundan öncə isə o iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur. Yaydakı həbsdən qısa müddət sonra məhkəmə qərarı ilə azad edilmişdi. 

Putinin bir neçə ay öncə Robert Koçaryanı ad günü münasibəti ilə təbrik etməsi də Ermənistanda birmənalı qarşılanmamışdı. 

Rusiya lideri keçmiş prezidenti bir neçə ay ərzində iki dəfə təbrik etsə də, Paşainyanı parlament seçkisindəki qələbəsi münasibəti ilə təbrik etməyib