Putin Paşinyanı əliboş yola saldı

28 Dekabr, 2018 09:40 | Siyasət | Baxış sayı: 139
Putin və Paşinyan
Putin və Paşinyan

Ermənilərin həsrətlə gözlədiyi qaz razılaşması baş tutmadı

Ermənistanda həsrətlə gözlənilən Nikol Paşinyan Vladimir Putin görüşü baş tutdu. Hələ görüşdən öncə Kreml əsas müzakirə məsələsinin ikitərəfli əlaqələr olacağını açıqlamışdı. Bu şablon ifadə dəfələrlə Rusiya-erməni danışıqlarının gündəliyində olub. 

Xatırladaq ki, Moskvaya gələnə kimi Paşinyan dəfələrlə bildirib ki, Ermənistan suveren dövlətdir və öz xarici siyasətini heç kimdən asılı olmadan yürüdəcək. Burada isə baş nazir vəzifələrini icra edən şəxs Putini Ermənistanın bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq etmək istəyində olduğuna inandırmağa çalışıb. O, qeyd edib ki, ölkəsi Avrasiya İttifaqının bütün sahələrdəki layihlələrində iştirak etmək niyyətindədir.

Paşinyan hətta Putini Ermənistana səfərə də dəvət edib. Amma bütün Ermənistanı narahat edən, ölkənin iqtisadiyyatının asılı olduğu məsələ - Rusiya qazının qiyməti həll edilməmiş qalıb.

Erməni dövlət rəsmisi görüşdən sonra deyib ki, danışıqlar davam edir və o qazın qiyməti ilə bağlı ümidlidir.

İki dövlət arasında tüstünün olmasını rusiyalı müşahidəçilər də deyirlər. Od olmayan yerdən isə tüstü çıxmır. Moskvada Putinin Paşinyanla görüşü elə də asan olmayıb. Detallar hələ bəlli deyil. Amma ekspertlərin dediyinə görə, son vaxtlarda İrəvanın blok və təşkilatların başqa tərəfdaşları ilə bağlı narazılıqları meydana çıxıb. Amma bu narazılığa nə Rusiya, nə Cənubi Qafqaz, nə də Avrasiya Şurasında ciddi baxırlar. 

Politoloqlar hesab edirlər ki, Paşinyan hələ təcrübə toplamalı, həyat universitetini keçməlidir. Bundan sonra onun iddiaları nəzərə alına bilər. Əlbətdə ki, öz çıxışları ilə yenidən aranı qatmasa.

İndi isə Ermənistan sərt qışı rus qazı olmadan neçə keçirmək haqqında düşünür.