Prezident QMİ-yə pul ayırdı

28 Dekabr, 2018 09:04 | Siyasət | Baxış sayı: 27
Təzəpir məscidi - QMİ
Təzəpir məscidi - QMİ

İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb.