Prezident icra başçısıyla bağlı sərəncam verdi

28 Dekabr, 2018 17:34 | Siyasət | Baxış sayı: 198

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif etdi

Prezident İlham Əliyev Ağcabədinin icra başçısı Şahin Məmmədovla bağlı sərəncam verib.

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.