Ermənistanda Rusiya hərbi bazasına qarşı etirazlar davam edəcək

28 Dekabr, 2018 15:57 | Siyasət | Baxış sayı: 67
İrəvanda Rusiya əleyhinə aksiya
İrəvanda Rusiya əleyhinə aksiya

Daha bir nümayiş gələn il yanvarın 12-də bazanın yerləşdiyi Gümrü şəhərində nəzərdə tutulub

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasına qarşı yeni etiraz aksiyaları keçiriləcək.

İstiPress-in məlumatına görə, aksiya təşkilatçılarından olan Ermənistan Avropa Partiyasının sədri Dikran Xzmaliyan daha bir nümayişin gələn il yanvarın 12-də bazanın yerləşdiyi Gümrü şəhərində nəzərdə tutulduğunu bildirib.

Partiya rəhbəri Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını istədiklərini söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl oxşar aksiya Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında keçirilib.